

“Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında ABŞ-ni 907-ci düzəlişi birdəfəlik ləğv etməyə çağırdı, bunun ikitərəfli əlaqələrin tam anlamıyla fundamental tərəfdaşlıq bazasına oturdulmasında strateji əhəmiyyətə malik olduğunu çatdırdı”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Onun bildirdiyinə görə, bununla yanaşı, cənab Prezidentin dünya ictimaiyyətinə digər çağırışları da oldu: “Xüsusilə Xəzərin ekoloji böhranla üz-üzə olduğu və dünya birliyini bu istiqamətdə həssas yanaşma ilə birgə fəaliyyətə səsləyən lider, dünyaya beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, ikili standartların ləğv olunması, münasibətlərin qarşılıqlı hörmət əsasında əməkdaşlıq ruhunda qurulmasını, sadəcə sözdə deyil, əməli addımlarda sülhün təmin olunduğu bir dünya arzuladığını çatdırdı”.
Röya İsrafilova