Türk Dövlətləri Təşkilatı yeni siyasi güc ola bilər Gündəm

Türk Dövlətləri Təşkilatı yeni siyasi güc ola bilər

Türk Dövlətlərinin Təşkilatının Qəbələdə keçirilən sammiti təşkilat daxilində siyasi əlaqələrin inkişafı istiqamətində yeni mərhələ kimi qeyd etmək olar. Üzv ölkələr yeni siyasi-iqtisadi və təhlükəsizlik çağırışlarına birgə cavab verəcək yeni bir mexanizm qurmalı və Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid bir regionda yeni dünya siyasi nizamında birləşdirməlidirlər. Məhz bu istiqamətdə Prezident İlham Əliyev üzv ölkələrin gələn il hərbi təlimlərinin keçirilməsini təşkil etdi.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"Bu növbəti mərhələdə yeni bir hərbi blokun qurulması istiqamətində mühüm addım ola bilər. Türk dövlətləri Asiyanı və Avropanı birləşdirən əsas nəqliyyat arteriyasına sahibdirlər. Yeni formalaşacaq siyasi nizamda birliyin təsiri qaçılmazdır. Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-dən fərqli olaraq Türk Dövlətlərinin Təşkilati Qərbin ciddi siyasi dəstəyini alır" - politoloq deyib.

O, qeyd edib ki, təbii ki, Rusiya və İran prosesdən narahatdır. Bu ölkələr TDT üzv qəbul olmaq üçün müraciət edə bilərlər. Hətta Qazaxıstan prezidenti TDT+ təklif etdi. Yəni gələcəkdə yeni üzvlər qəbul edilə bilər. Amma, bu təşkilat məhz etnik qrup olaraq yaradılıb. Mərkəzi Asiya türk ölkələrinin öz milli kimliklərini indi dərk edirlər. Nəzərə alsaq Rusiya, Çin və İran üçün əsrlər boyu və hazırda da anti-Turk siyasətlərinə malikdir. Bu ölkələrin biri birliyə daxil olarsa, birlik daxilində parçalanmasına çalışacaq:

"Türk Dövlətləri Təşkilatının inkişafı üçün ciddi islahatlar həyata keçirilməlidir. Bu istiqamətdə humanitar və siyasi addımlar atılır. Hərbi və iqtisadi addımlarla təşkilat güclənəcək.

Növbəti mərhələdə Ermənistan da bu təşkilata üzv olmaq üçün müraciət edə bilər. Çünki, Zəngəzur dəhlizi ilə bu ölkələrlə yeni körpü quracaq. Qeyri-türk ölkələrinin bu təşkilata üzv olması onu zəiflədə bilər".

Cavid