

ABŞ prezidenti Donald Trampın Boqotanın narkotik istehsalına qarşı mübarizəni gücləndirməyəcəyi təqdirdə güc tətbiq edəcəyi ilə hədələməsindən sonra Kolumbiya hakimiyyəti ölkənin Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi özünün "X" sosial media səhifəsində bildirib.
"Kolumbiyanın ABŞ-dakı səfiri Daniel Qarsia-Penya prezident Qustavo Petro Urreqo ilə məsləhətləşmələr üçün çağırılıb və artıq Boqotadadır", - o bildirib. “Milli hökumət qərarlarını yaxın saatlarda açıqlayacaq”.
Məryəm Quliyeva