Rubio: ABŞ, Qəzza zolağında hakimiyyəti Fələstinlilərə verməyə çalışacaq Gündəm

Rubio: ABŞ, Qəzza zolağında hakimiyyəti Fələstinlilərə verməyə çalışacaq

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Qəzza zolağındakı münaqişənin nizamlanmasında irəliləyiş əldə edildikcə, Fələstin vətəndaş qurumlarına Qəzza zolağında hakimiyyətin verilməsini hədəfləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rubio jurnalistlərə bildirib

"Biz nəhayət Qəzzada mülki hakimiyyət, Fələstinin mülki qurumu görmək istərdik. Məqsədimiz budur. Qəzzada Fələstin polisi görmək istərdik", - söhbətin mətnini ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

O, vurğulayıb ki, Fələstinlilərə hakimiyyətin tədricən verilməsi şərti olaraq, radikal fələstin hərəkatı Hamasın tamamilə aradan qaldırılmasını tələb edir. Rubio həmçinin, gələcəkdə yaranacaq Fələstin polis qüvvələrinin başqa ölkələrdən olan mütəxəssislər tərəfindən hazırlıqdan və təlimdən keçməli olduğunu qeyd edib.

"Aydındır ki, bu bir az vaxt aparacaq, çünki insanlar sadəcə olaraq polisə işə götürülmürlər; onlar yoxlanılmalı, təlim keçməlidirlər və bütün infrastrukturun hazır olmasını təmin etməlidirlər. Bu layihə cəmi yeddi və ya səkkiz gündür, ona görə də hələ çox iş var, amma biz bunu başa çatdırmaqda qərarlıyıq", - Rubio əlavə edib.

Məryəm Quliyeva