 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 31 Oktyabr 16:39
31 Oktyabr 16:39 1 344
1 344
Karib dənizində genişmiqyaslı dağıntılara səbəb olan "Melissa" qasırğasının qurbanlarının sayı 29-dan 49-a yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, sürəti saatda 295 kilometrə çatan küləklərlə müşayiət olunan “Melissa” qasırğası Karib dənizində güclü yağış, fırtına və daşqınlara səbəb olmaqda davam edir.
Karib dənizinin ən sıx məskunlaşmış ölkələrindən biri olan Haitidə Mülki Müdafiə İdarəsi 30 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını və 20 nəfərin itkin düşdüyünü bildirib.
Qasırğadan təsirlənən Yamaykada da Təhsil, Gənclər və İnformasiya naziri Dana Morris Dikson ölənlərin sayının 4-dən 19-a yüksəldiyini açıqlayıb.
Axtarış-xilasetmə işlərinin davam etdiyi Yamaykada paytaxt Kinqstonun əsas beynəlxalq hava limanı yardım ləvazimatları daşıyan təyyarələrin quruya çıxması üçün yenidən açılıb. Ən son ölənlərin sayının 29 olduğu Karib bölgəsində qasırğa nəticəsində ölənlərin sayı daha 20 nəfər olmaqla 49-a yüksəlib. Qasırğanın yaxınlaşması ilə əlaqədar təxminən 735 min insanın təxliyə edildiyi Kubada ölənlərin sayı barədə məlumat verilməyib.
Məryəm Quliyeva
 31 Oktyabr 17:08
31 Oktyabr 17:08 1 141
1 141 31 Oktyabr 17:01
31 Oktyabr 17:01 1 162
1 162 31 Oktyabr 10:00
31 Oktyabr 10:00 1 148
1 148 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    