16:50
728
Türkiyə hakimiyyəti ABŞ administrasiyasının tələblərinə baxmayaraq, Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərindən tamamilə imtina etməyi planlaşdırmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Ankara Vaşinqtonun Rusiya hava hücumundan müdafiə sistemlərinin istifadəsindən tamamilə imtina etmək tələbini rədd edib, lakin S-400 sistemlərinin gələcəyi məsələsində güzəştə getməyə hazırdır.

Agentliyin mənbələrinə görə, Türkiyə hakimiyyəti S-400-dən istifadəyə nəzarət etmək üçün “birgə hərbi mexanizm” yaradılmasına razılıq verə bilər.
Məryəm Quliyeva