11:39
714
“İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) Azərbaycan üçün yeni bir təşkilatdır. Yəni Azərbaycan bu təşkilata yeni üzv olub və bu təşkilata üzvlük əldə etməklə bizim üçün gözəl imkanlar açılır. Çünki burada İslam dünyasının ən inkişaf etmiş ölkələri, iqtisadiyyatları birləşib”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə söyləyib.
Sözügedən təşkilatda Azərbaycan üçün gözəl investisiya, ticarət əlaqələri açıldığını deyən deputat əlavə edib ki, bu ölkələrdə əhali artımının baş verdiyini, energetikaya ehtiyac olduğunu, investisiyaların artırdığını nəzərə alsaq, bu ölkələrlə Azərbaycanın əlaqələri nə qədər dərinləşərsə, genişlənərsə bizim də iqtisadiyyatımıza və xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verə bilər: “Burada Azərbaycana həm yeni sərmayələr cəlb oluna bilər, həm bizim ölkəyə bu ölkələrdən gələn turistlərin sayı arta bilər, birgə infrastruktur, energetika layihələri həyata keçirilə bilər. Həmçinin Azərbaycan məhsullarının satışı üçün yeni bazarlar əldə oluna bilər. Bu, gözəl bir imkandır, gözəl bir təşkilatdır və biz bunun töhfəsini yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatında hiss edəcəyik”.
Röya İsrafilova