İsrail lazer hava hücumundan müdafiə sistemini tamamlayıb Gündəm

İsrail lazer hava hücumundan müdafiə sistemini tamamlayıb

İsrail lazer texnologiyasına əsaslanan qabaqcıl Iron Beam hava hücumundan müdafiə sisteminin işlənib hazırlanmasını başa çatdırıb. Onun İsrail ordusuna ilk çatdırılması 2025-ci ilin dekabrına planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəhbəri Daniel Qold bildirib.

Onun sözlərinə görə, sistemin imkanlarını təsdiq edən inkişaf və hərtərəfli sınaq proqramını başa çatdırdıqdan sonra, departament dekabrın 30-da İsrail Müdafiə Qüvvələrinə ilk təhvil verməyə hazırdır.

Qold əlavə edib ki, İsrail Müdafiə Nazirliyinin strategiyasına uyğun olaraq, gələcək münaqişələr üçün - kosmos, hücum və müdafiə sferalarında növbəti nəsil texnoloji “sürprizlər”i artıq aktiv şəkildə inkişaf etdirir.

Məryəm Quliyeva