3 Dekabr 2025 13:02
3 136
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə Ukraynada nizamlanma üçün danışıqlar prosesini müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib və qeyd edib ki, Fidan və Rutte arasında görüş Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.
"Nazirlə NATO-nun baş katibi arasında keçirilən görüşdə Ukrayna və Rusiya arasında müharibənin dayandırılmasına yönəlmiş danışıqlar prosesi müzakirə olunub. Tərəflər Qara dənizdə təhlükəsizlik məsələlərini də müzakirə ediblər", - mənbə bildirib.
Fidan və Rutte həmçinin “2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO sammitinə hazırlıq və Türkiyə müdafiə sənayesinin NATO üzv ölkələrinin inkişafına verdiyi töhfə” məsələlərini də müzakirə ediblər.
Məryəm Quliyeva
10:35
833
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358