10:56
448
“MDB-də münaqişəyə məruz qalan dövlətlər arasında ərazi bütövlüyü və suverenliyini ilk bərpa edən Azərbaycanın uğurlarını sadəcə bir sıra xarici qüvvələr deyil, milli satqınlar da həzm edə bilmirlər. Xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlaltıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər. Bu həmçinin Milli Şuranın fiaskosu deməkdir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.
V.Bayramovun sözlərinə görə, xəyanətkar qrupun gizli görüşləri, məxfi məlumat mübadiləsi və təbii ki, reallaşdırılmayan planlar bir daha təsdiq edir ki, milli anti-ünsürlər hər vəchlə Azərbaycanın inkişafının qarşısını almağa uğursuz cəhd ediblər: “Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olsunlar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq. Xəyanətkarlıq işində diqqəti çəkən məqamlardan biri də özünü Qərbyönümlü təqdim edən qüvvələrin Rusiya ilə işbirliyidir. Necə olursa-olsun hakmiyyətə gəlmək və Azərbaycanı yenidən anarxiyaya sürükləmək istəyi bu milli ünsürləri fərqli cəbhələr ilə əməkdaşlıq etməkdən çəkindirməyib. Xəyanət isə artıq ifşa edilib. Hüquq bu əməllərin qiymətini verəcək”.
Röya İsrafilova
5 Dekabr 22:04
1 120
5 Dekabr 21:38
1 043
5 Dekabr 15:51
1 750