15:24
518
Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 8-də Brüsseldə NATO-nun baş katibi Mark Rutte, həmçinin Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa İttifaqının ali nümayəndəsi Ursula fon der Leyen ilə görüşəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Reuters” NATO-nun bəyanatına istinadən məlumat yayıb.
Qeyd edilir ki, Rutte siyasətçiləri rəsmi iqamətgahında qəbul edəcək.
Dekabrın 2-də Zelenski Kiyev və Vaşinqtonun 20 bənddən ibarət sülh planı hazırladığını bəyan edib. Onun sözlərinə görə, Ukrayna və ABŞ amerikalıların təklif etdiyi ilkin “yol xəritəsini” 20 bənddən ibarət plana yenidən baxıb. Cenevrədəki danışıqlar zamanı 28 bənddən ibarət ilkin siyahı bu həftəsonu Floridada qısaldılaraq dəqiqləşdirilib, Ukrayna lideri qeyd edib.
Dekabrın 7-də Con Kennedi adına İfa İncəsənət Mərkəzində keçirilən mərasimdə ABŞ prezidenti Donald Tramp Zelenskinin sülh sazişi layihəsini hələ də nəzərdən keçirməməsindən məyus olduğunu bildirib.
Məryəm Quliyeva