Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
“Ukraynada seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil”
Növbəti köç karvanları Xocalının Ballıca və Badara kəndlərinə çatıb - FOTO - YENİLƏNİB
Gürcüstan DTX: Nə bizim, nə də İsrailin terror təhlükəsi barədə hər hansı məlumatı olub
11:26
1 050
2025-ci ilin əvvəlindən ABŞ 2,5 milyon əcnəbini deportasiya edib, onlardan 1,9 milyonu özünü deportasiya proqramı çərçivəsində könüllü olaraq ölkəni tərk edib, 600 mini isə zorla çıxarılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) məlumat yayıb.
"365 gündən az müddətdə 600 min qeyri-qanuni mühacir ölkəmizdən deportasiya edilib. Özlərini könüllü olaraq deportasiya edən 1,9 milyon şəxslə birlikdə ABŞ-ı tərk edən qeyri-qanuni immiqrantların ümumi sayı 2,5 milyonu keçib", - nazirliyin açıqlamasında bildirilir.
DHS əlavə edib ki, bu sayda deportasiya "yalnız başlanğıcdır".
Məryəm Quliyeva