16:16
770
Avropalılar ABŞ prezidenti Donald Trampa Ukraynaya ərazi güzəştləri təklifi təqdim ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz dekabrın 11-də NATO-nun rəsmi YouTube kanalında yayımlanan NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında məlumat verib.
"Dünən günortadan sonra prezident Trampla çox təfərrüatlı söhbətimiz oldu. Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və mən də müzakirə apardıq. Yaxın günlərdə Ukraynanın nizamlanması prosesində növbəti addımları müzakirə etdik. Əsas sual Ukraynanın hansı ərazi güzəştlərinə getməyə hazır olmasıdır", - o deyib.
Merz onu da bildirib ki, söhbətdən sonra onda təəssürat yaranıb ki, Ağ Ev rəhbəri avropalıların mövqeyini nəzərə almağa hazırdır.
Məryəm Quliyeva