11:38
651
“ABŞ NATO-dan çıxa bilər və böyük ehtimal çıxacaq. ABŞ-nin 45 və 47-ci Prezidenti Trampın həm birinci seçki dönəmini, həm də indiki halda fəaliyyətini nəzərə alsaq, ABŞ-nin Avropa dövlətlərinə münasibəti göz önündədir. Bu proses artıq nəinki Konqresdə, hətta Senatda başlayıb. Həm Senatda Trampın ən yaxın senatoru tərəfindən bu qanun layihəsi müzakirəyə veriləcək, artıq təqdimatı gedir, həm də Konqresdə”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloqun sözlərinə görə, ehtimallar belədir ki, ABŞ-nin NATO-dan çıxması realdır: “Alyaska görüşündə Rusiya və ABŞ arasında Şimal yolu ilə bağlı şifahi razılaşma oldu. Şimal yolunun üstündə olan avropa ölkələrinin təhlükəsizliyini ABŞ öz üzərinə götürəcək. Ancaq birmənalı şəkildə ABŞ NATO-dan çıxacaq. Ukrayna ilə əlaqədar 28, daha sonra isə 20 maddəlik razılaşmaya fikir versək görərik ki, ABŞ ikitərəfli münasibətlərə daha çox üstünlük verir, nəinki NATO ilə olan hər hansısa bir təhlükəsizlik ilə əlaqədar anlaşmaya. Ona görə də ABŞ-nin NATO-nu tərk etməsi ehtimalları çox böyükdür”.
Röya İsrafilova