14:12
1 120
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qlobal təhlükəsizlik arxitekturasının nüvə çəkindirməsinə etibar edə bilməyəcəyini bildirib və tam nüvə tərksilahına doğru daha intensiv səylər göstərilməsinə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qazaxıstan lideri Tokioda Birləşmiş Millətlər Universitetində mühazirə oxuyarkən bildirib.
"Qlobal təhlükəsizlik arxitekturası nüvə çəkindirmə sisteminə etibar edə bilməz. Beynəlxalq ictimaiyyət nüvə silahsızlaşdırılması istiqamətində səylərini artırmalı və Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin qüvvəyə minməsini təmin etməlidir"- deyib.
Hazırda Yaponiyada rəsmi səfərdə olan Qazaxıstan lideri vurğulayıb ki, "Qazaxıstan nüvə gücləri arasında yüksək səviyyəli dialoqun bərpasına və nüvə silahlarının istifadəsi və sınaqdan keçirilməsi təhlükəsinin aradan qaldırılması üçün daha qətiyyətli çoxtərəfli tədbirlərin görülməsinə çağırır".
Məryəm Quliyeva