08:54
644
Ermənistanın dövlət kimi formalaşması prosesinin Azərbaycan əraziləri və vətəndaşları üzərində buraxdığı izlər tarixə və insanlığa qarşı atılmış bir sillə kimi yaddaşlarda qalacaq. Erməni vandalizmi tək Azərbaycan insanının yox, şəhər və kəndlərinin də qəniminə çevrildi. Ağdam şəhəri bu işğalın simvolu olmaqla yanaşı yox olmuş bir tarixi reallıqdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, Azərbaycana qarşı olan düşmənçiliyin bariz nümunəsi idi.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, talançılıq, bu bölgələrdə Azərbaycan xalqının tarixi irsinin tamamilə silinməsi, bu torpaqları yaşayış mümkün olmayacağı əraziyə çevirmək planının tərkib hissəsi idi. Müqəddəs yerlərimizin, məscidlərimizin təhqir olunması isə mənəvi terror nümunəsi, işğal altında saxlanılan ərazilərdə tikililərin sökülməsi, müxtəlif şəkildə dəyər təşkil edən hər bir şeyin Ermənistana və başqa ölkələrə çıxarılması isə faşizm əlamətlərinin erməni dövlətinə xas üzünün göstəricisi oldu:
"Azərbaycanın təbii sərvətlərinin - meşələrin, qızıl və digər yataqlarının, mineral mədənlərinin və s. talanması İşə Ermənistanın mahiyyətini göstərirdi. Aparılan siyasətin məqsədi gələcəkdə bu ərazilərdə yaşayışa imkan verməmək üçün torpaqların kütləvi şəkildə minalanması, nüvə atıqlarının basdırılması insanlıq əleyhinə cinayətin tərkib hissəsidir.
İşğaldan sonra basdırılmış minaların yüzlərlə insanın həyatına mail olması, əlil etməsi bu işğalın amansız üzünü göstərir".
Cavid