ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalamayıb Gündəm

ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalamayıb

Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasında ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı birgə bəyannamə imzalamayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, "Yekun bəyannamə sonda yalnız "könüllülərin koalisiyası" tərəfindən imzalanıb".
Jurnalistlər həmçinin iddia edirlər ki, ABŞ-ın Ukraynadakı çoxmillətli qüvvələrdə iştirakının təfərrüatları əvvəlki layihədən çıxarılıb. Həmin versiyada ABŞ-ın "hücum halında qüvvələri dəstəkləmək" və kəşfiyyat məlumatlarını toplamaqda və logistika təmin etməkdə kömək göstərmək öhdəliyini götürdüyü göstərilib.

Məryəm Quliyeva