ABŞ Qrenlandiyanı güc yolu ilə ələ keçirə bilər Gündəm

ABŞ Qrenlandiyanı güc yolu ilə ələ keçirə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın ilhaqının bir neçə variantını, o cümlədən güc yolu ilə də müzakirə edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" Ağ Evin mətbuat katibi Kerolin Levittə istinadən məlumat yayıb.

O xatırladıb ki, Tramp Qrenlandiyanın alınmasının ABŞ-ın milli təhlükəsizlik prioriteti olduğunu və "Arktika bölgəsindəki düşmənləri çəkindirmək üçün vacib olduğunu" "aydın şəkildə bildirib".
Levitt bildirib ki, "Prezident və onun komandası bu vacib xarici siyasət məqsədinə çatmaq üçün bir sıra variantları müzakirə edir və təbii ki, ABŞ hərbi qüvvələrindən istifadə həmişə baş komandan üçün mövcud olan bir seçimdir".

Məryəm Quliyeva