Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyətə çağırış edib
Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli yenilənir
Pavel: Kiyev münaqişənin həlli üçün ciddi güzəştlərə getməlidir
MİQ imtahanının pullu olması ilə bağlı qanunvericiliyə edilən dəyişiklik şərh edilib
17:06
756
Amerikalı siyasətçilərdən ibarət nümayəndə heyəti Qrenlandiyanın suverenliyi məsələsində ölkə hakimiyyətini dəstəkləmək üçün Danimarka paytaxtına gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ekstra Bladet" nəşri ABŞ-ın İllinoys ştatından senator Dik Durbinə istinadən məlumat yayıb.
Parlament üzvü bildirib ki, "Biz burada onilliklərdir dostlarımız və müttəfiqlərimiz olan Danimarka və Qrenlandiya xalqları ilə həmrəyliyimizi ifadə etmək üçün toplaşmışıq".
Onun sözlərinə görə, Amerika siyasətçiləri Kopenhagenə krallıqla əlaqələrə dəyər verdiklərini göstərmək istəyirlər.
ABŞ Konqresinin həm Demokrat, həm də Respublikaçı partiyalarını təmsil edən 11 üzvü Danimarka paytaxtına gəlib. Nümayəndə heyətinin Danimarka Parlamentinin üzvləri və Qrenlandiyanın Xarici və Təhlükəsizlik Siyasəti Komitəsinin üzvləri ilə görüşləri gözlənilir. Bundan əlavə, amerikalı siyasətçilər Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ilə danışıqlar aparmağı gözləyirlər.
Məryəm Quliyeva