27 Yanvar 14:14
3 164
Avropa İttifaqı ilə Hindistan arasında ticarət sazişi “bütün sazişlərin anası”na çevrilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, bu gün “Avropa və Hindistan tarix yazır” və vurğulayıb ki, “bu yalnız başlanğıcdır”.
“Biz bütün sazişlərin anası olan razılaşmanı bağladıq. Biz əhalisi iki milyard olan azad ticarət zonası yaratdıq və bundan hər iki tərəf faydalanacaq. Bu, yalnız başlanğıcdır. Biz strateji münasibətlərimizi daha da möhkəmləndirmək üçün inkişaf etdirəcəyik”, — deyə fon der Leyen yazıb.
Məryəm Quliyeva
10:35
833
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358