10:04
1 589
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü "Hürriyet" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Ərdoğan bu təklifi yanvarın 27-də ABŞ prezidenti ilə telefon danışığı zamanı səsləndirib. Türkiyə lideri ABŞ, İran və Türkiyənin iştirakı ilə, mümkün olaraq videokonfrans formatında yüksək səviyyəli görüş keçirilməsini təklif edib. Nəşrin icmalçısı Hande Fıratın sözlərinə görə, “Tramp Ərdoğanın bu təklifinə müsbət yanaşır”.
"Hürriyet" həmçinin bildirir ki, İranın xarici işlər naziri Abbas Araqçi bu həftə Türkiyəyə səfər edərək həmkarı Hakan Fidanla danışıqlar aparacaq. Dəqiq tarixlər hələ açıqlanmayıb.
Türkiyə və İranın xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıb, İran ətrafında baş verən son hadisələri və regionda gərginliyin azaldılması istiqamətində səyləri müzakirə ediblər.
Məryəm Quliyeva