11:42
1 120
ABŞ prezidenti Donald Tramp hesab edir ki, İrana qarşı hərbi əməliyyat Venesueladakından daha çətin olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Tehranın hərbi imkanları səbəbindən İranla bağlı vəziyyət ABŞ üçün mürəkkəbdir.
Bundan əlavə, kanalın məlumatına görə, İran rəsmiləri amerikalılarla danışıqlar aparmayıb, Venesuela rəsmiləri isə Karakasdakı əməliyyatdan əvvəl Tramp administrasiyası ilə əlaqə saxlayıblar.
Məryəm Quliyeva