Fransanın XİN rəhbəri İranı ABŞ-a güzəştə getməyə çağırıb Gündəm

Fransanın XİN rəhbəri İranı ABŞ-a güzəştə getməyə çağırıb

Fransanın xarici işlər naziri Jan-Noel Barro İran hakimiyyətini gərginliyin azaldılması üçün ABŞ-ın təkliflərini qəbul etməyə və güzəştlərə getməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, o, bunu Tuluz Universitetinə səfəri zamanı "BFMTV" telekanalının efirində bildirib.

“ABŞ İranı vurmağa hazırlaşıb. Onlar İrana danışıqlar təklif ediblər və İran bu imkandan istifadə etməli, daha böyük güzəştlərə və mövqeyində köklü dəyişikliyə razılaşmalıdır,” – deyə nazir qeyd edib.

Məryəm Quliyeva