17:15
1 071
Vladimir Zelenski Rusiya tanker donanmasına xidmət göstərdiyi və “sanksiyaya məruz qalmış” neft daşıdığı iddia edilən şirkətlərə qarşı sanksiyalar tətbiq edilməsi barədə fərman imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
“Aİ ilə sanksiyaların uyğunlaşdırılmasını davam etdiririk. Rusiya tanker donanmasına xidmət göstərən və sanksiyaya məruz qalmış neft daşıyan şirkətlərə qarşı sanksiyaların tətbiqi barədə fərmanı imzaladım,” – deyib.
Avropa Komissiyasının nümayəndəsi Anita Hipperin məlumatına görə, Aİ artıq xarici bayraqlar altında Rusiya nefti daşıdığı güman edilən 597 tankerə qara siyahıda yer verib. Qərbdə onları “kölgə donanması” adlandırırlar.
Zelenski həmçinin Aİ ilə razılaşdıraraq rusiyalı televiziya jurnalistləri Dmitri Quberniyev, Yekaterina Andreyeva, Pavel Zarubin və Mariya Sittel, həmçinin sənətçilər Roman Çumakov (psevdonim – Roma Jiqan) və Sergey Poluninə qarşı sanksiyaları tətbiq edib.
Hazırda Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır.
Məryəm Quliyeva