10:24
1 407
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35C qırıcısı İranın “Şahed-139” pilotsuz uçuş aparatını USS Abraham Lincoln aviadaşıyıcısına təhlükəli şəkildə yaxınlaşdıqdan sonra vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" kanalının efirində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi kapitan Tim Hokins bildirib.
Qeyd olunur ki, Abraham Lincoln Ərəb dənizində, İranın cənub sahillərindən təxminən 800 kilometr məsafədə olub. ABŞ hərbçilərinin beynəlxalq sularda gərginliyi azaltmaq üçün gördüyü tədbirlərə baxmayaraq, dron aviadaşıyıcıya doğru uçuşunu davam etdirib.
Hokinsin sözlərinə görə, pilotsuz aparat gəmini və şəxsi heyəti qorumaq məqsədilə özünümüdafiə çərçivəsində məhv edilib.
Məryəm Quliyeva
11:41
1 197
11:18
1 302
3 Fevral 22:18
1 183