16:52
1 106
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında Ukrayna ilə bağlı aparılan danışıqlar başa çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə RİA Novosti mənbələrə istinadən məlumat yayıb.
“Danışıqlar başa çatıb”, — deyə agentliyin mənbəsi bildirib.
Bundan bir neçə saat əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Əbu-Dabidə keçirilən Ukrayna üzrə danışıqları “ətraflı və məhsuldar” adlandırmışdı. Onun sözlərinə görə, hələ görüləsi çox iş var və yaxın həftələrdə danışıqlar prosesində irəliləyiş gözlənilir.
ABŞ nümayəndəsi həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı yeni görüşlərin tarixləri daha sonra razılaşdırılacaq.
Məryəm Quliyeva