SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
9 Fevral 10:22
1 764
ABŞ vitse-prezidenti Venisin Azərbaycana və Ermənistana səfərinə hazırlıq fonunda Rusiyanın Azərbaycana da təzyiqlərinin daha da artması Vaşinqtonun regionda artan roluna qarşı balans cəhdidir.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
"Rusiyanın Ermənistan və Azərbaycana təsir imkanlarının tükəndiyini, Moskvanın TRIPP layihəsində iştirak istədiyini bildirməsi ilə, onun tez-tez səsləndirdiyi 10 noyabr üçtərəfli Moskva bəyanatı ilə Zəngəzur dəhlizinə nəzarət üçün hüquqi və siyasi imkanın əldən çıxdığını etiraf edir" - politoloq vurğulayıb.
Onun sözlərinə görə, digər tərəfdən, Ermənistanın Azərbaycanla iqtisadi əlaqələrinin bərpası və ümumiyyətlə Rusiyanın Qafqazdakı mövcudluğunu təmin edən konfliktlərin həlli, Rusiyanın regionda mövqeyinin sonlanması anlamındadır. Söz yox ki, gələcəkdə də Rusiyanın regiona təsiri üçün müxtəlif hərbi və siyasi manevrləri mümkündür. Xüsusən Ermənistanda bu yay keçirilən parlament seçkilərinə müdaxiləsi (hərbi müdaxilə də istisna deyil) hakimiyət dəyişikliyi ilə onun Zəngəzur dəhlizinə nəzarətini bərpa edə bilər:
"Bu da təbii ki, eyni zamanda Azərbaycana da təsir imkanı qazanmaq deməkdir. Ancaq, Rusiyanın Zəngəzur dəhlizinə (TRIPP) ABŞ-a açıq hərbi qarşıdurmaya gedəcəyi inandırıcı deyil. Xüsusən də, Rusiya - Ukrayna müharibəsinin uzanması, Ukraynanın güzəştə getməməsi Rusiyanı digər qarşıdurmalardan çəkindirən faktordur".
Cavid
3 Aprel 17:30
1 218
3 Aprel 17:02
1 589
3 Aprel 15:34
1 589