SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
10 Fevral 10:41
1 855
“Tramp administrasiyası həm Rusiyaya, həm də Ukraynaya ayrı-ayrı istiqamətlərdə təzyiqlər edir ki, Rusiya-Ukrayna müharibəsini bitirsin. Çünki ABŞ-nin daha ciddi hədəfləri var”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib.
X.Bəşirov bildirib ki, ABŞ-nin Çinin enerji damarlarını kəsmək üçün kifayət qədər ciddi planları var və o planların həyata keçirilməsi üçün Trampın Rusiya-Ukrayna arasında baş verən münaqişəyə sərf etməyə vaxtı yoxdur: “Çünki Tramp Rusiya-Ukrayna müharibəsindən əldə edə biləcəyini edib. Zelenskiyə oradakı əlvan metallarla bağlı sənədi imzalatdırıb və onun Rusiya-Ukrayna müharibəsindən hər hansısa ciddi bir gözləntisi yoxdur. Bu baxımdan düşünürəm ki, həm İranla, həm Qrenlandiya məsələsində Avropa ilə Venesuela məsələsini bitirmək üçün və digər mövzularda problemləri həll etmək üçün Trampa zaman lazımdır. Buna görə də o, Rusiya-Ukrayna mövzusuna vaxt sərf etmək istəmir”.
Onun sözlərinə görə, amma Ukrayna məsələni bitirmək niyyətində deyil: “Çünki Ukrayna məğlub durumdadır, ərazilərinin böyük bir hissəsini itirib, ərazilərinin əhəmiyyətli bir hissəsi darmadağın olub. Rusiya da öz istəyinə çatmaq üçün maksimum dərəcədə müharibəni davam etdirmək niyyətindədir. Bu problemlər Rusiya-Ukrayna mövzusunu uzadır. Düşünmürəm ki, müharibə yaya qədər bitsin. Danışıqlar aparıla bilər, hətta atəşkəs də əldə edilə bilər, amma bunlar müvəqqəti olacaq. Çünki Rusiya-Ukrayna mövzusu yaxın zamanlarda bitə biləcək mövzuya oxşamır. Hər halda hadisələrin gedişatı yenə də istənilən reallığı ortaya qoya bilər. Ancaq indiki reallıqlar bunu diqtə etmir”.
Röya İsrafilova
3 Aprel 17:30
1 232
3 Aprel 17:02
1 603
3 Aprel 15:34
1 603