Lavrov: Rusiya Avropada aktivlərinin dondurulmasına cavabsız qalmayacaq Gündəm

Lavrov: Rusiya Avropada aktivlərinin dondurulmasına cavabsız qalmayacaq

Moskva Avropada öz aktivlərinin dondurulması və istifadəsi ilə bağlı vəziyyətlə barışmaq niyyətində deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya qızıl-valyuta ehtiyatlarının həbsini şərh edən Lavrov qeyd edib ki, Avropa tərəfi yalnız bu vəsaitlərin yerləşdirilməsindən Rusiyaya düşməli olan artıq faiz gəlirlərindən istifadə etdiyini iddia edir. Lakin onun sözlərinə görə, istənilən faiz gəliri Rusiyaya məxsus və ölkənin hazırda sərəncam verə bilmədiyi vəsaitlər hesabına formalaşır.

“İstifadə etdiyiniz hansı faiz olursa-olsun, onlar bizim hazırda sərəncam verə bilmədiyimiz pullarımızdan yaranır. Və mən qətiyyən şübhə etmirəm ki, biz bu vəziyyəti belə asanlıqla cavabsız qoymayacağıq”, — deyə Rusiya XİN rəhbəri Dövlət Dumasında “hökumət saatı” çərçivəsində çıxışı zamanı bildirib.

Məryəm Quliyeva