17:16
889
Avropa Komissiyası Ukraynanın Macarıstan və Slovakiya istiqamətində "Drujba" neft kəməri ilə Rusiya neftinin tədarükünü dayandırmasını diqqətlə izləyir, lakin bu ölkələrin enerji təchizatının sabitliyi ilə bağlı narahatlıq keçirmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Anna‑Kaisa İtkonen Brüsseldə keçirilən brifinqdə bildirib.
“Avropa Komissiyası bu vəziyyəti çox diqqətlə izləyir”, – deyə o, yanvarın 27-dən etibarən "Drujba" kəməri ilə Macarıstana neft tədarükünün dayandırılması ilə bağlı suala cavab verərkən qeyd edib. O vurğulayıb ki, Avropa Komissiyası Macarıstan və Slovakiya hakimiyyətləri ilə əlaqədədir, lakin Aİ ölkələrinə enerji resurslarının sabit tədarükü ilə bağlı narahatlıq yoxdur. Çünki birlikdə ölkələrin 90 gün ərzində müstəqil istehlakı təmin edə biləcək neft ehtiyatlarını saxlamaq qaydaları mövcuddur.
O həmçinin bildirib ki, Avropa Komissiyası Aİ ölkələrini müxtəlif təchizatçılarla sıx əlaqələr saxlamağa və enerji mənbələrini diversifikasiya etməyə təşviq edir.
Məryəm Quliyeva
14:51
1 428
13:46
1 477
12:53
1 099