16 Mart 19:53
16 Mart 19:28
17 Fevral 12:01
2 450
ABŞ və İsrail İranla danışıqlar mövzusunda mövqelərində birləşib, iki ölkə liderləri arasında bu məsələ ilə bağlı heç bir ziddiyyət yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika Senatının Cənubi Karolina ştatından olan respublikaçı senatoru Lindsi Qrem "Axios" portalına bildirib.
“ABŞ prezidenti Donald Tramp ilə Bibi (İsrailin baş naziri Binyamin Netanyahu) arasında heç bir fikir ayrılığı yoxdur”, – deyə o, yəhudi dövlətinə səfərinin nəticələrini şərh edərkən bildirib.
Qremin sözlərinə görə, ABŞ və İsrail danışıqlar prosesi ilə bağlı fəaliyyətlərini tam koordinasiya edir və mütəmadi olaraq məlumat mübadiləsi aparırlar.
Məryəm Quliyeva
16 Mart 20:07
882
16 Mart 19:53
847
16 Mart 19:28
910