09:43
1 316
İsrailin təhlükəsizlik xidmətləri İrana qarşı ABŞ tərəfindən mümkün zərbə ehtimalına görə ən yüksək müdafiə hazırlığı rejiminə keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Ynet" portalı mənbələrə istinadən məlumat verib.
Portalın iddiasına görə, İsrail rəsmiləri hesab edir ki, əgər Tehran fevralın 17-də Cenevrədə keçirilən danışıqlarda Vaşinqtonun irəli sürdüyü tələbləri vaxtında yerinə yetirməzsə, ABŞ İrana qarşı genişmiqyaslı zərbə endirə bilər.
"Ynet" həmçinin əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana hücum edəcəyi halda Tehranın İsrailə qarşı hücumlarının qaçılmaz olduğunu düşünür.
Məryəm Quliyeva