21:09
511
“2018-ci ildən Nikol Paşinyanın Ermənistan hakimiyyətinə gəlməsi mərhələli siyasətin nəticəsidir”.
Bunu deputat Vüqar İsgəndərov Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə Paşinyan digər layihələrdən dəstək alaraq hakimiyyətə gəldiyi üçün artıq qərb yönlü siyasət həyata keçirməyə çalışır və bunun üçün Rusiyadan asılılığı azaltmaq istiqamətində müəyyən addımlar atılır: “ Bu, Ermənistanın uzunmüddətli strateji planlarının bir hissəsidir və Paşinyan komandası ölkəni tədricən qərb tərəfə yönəltməkdədir.Lakin ümumi siyasi mənzərəyə baxanda, Ermənistan hələ də Rusiya ilə bir çox sahələrdə bağlıdır. Ticarət dövriyyəsinin artması, siyasi-iqtisadi əlaqələrin davam etməsi və birgə layihələr hələ də iki ölkə arasında əlaqələrin mövcud olduğunu göstərir. Eyni zamanda, Rusiya ilə münasibətlərdə zaman-zaman gərginliklər də müşahidə olunur. Bu, xüsusilə Paşinyan komandasının qərbə yaxınlaşma təşəbbüsləri ilə bağlıdır və Rusiya tərəfindən bəzən kəskin reaksiyalarla qarşılanır”.
Millət vəkili qeyd edib ki, Paşinyan hakimiyyəti həm Avropa İttifaqı, həm ABŞ, həm də digər Qərb tərəfdaşları ilə əlaqələri gücləndirir: “Bu siyasət Ermənistanın gələcəkdə daha müstəqil qərar verməsi, milli maraqlarını qoruması və strateji obyektlər üzərində tam nəzarət əldə etməsi məqsədini güdür. Lakin qeyd etmək lazımdır ki, bu proses hələ də mürəkkəbdir və Rusiya ilə olan tarixi, siyasi və iqtisadi bağlılıqlar tamamilə aradan qalxmayıb.Ümumilikdə deyə bilərəm ki, Ermənistanın xarici siyasətindəki bu tədrici dəyişikliklər regional geosiyasətdə yeni çağırışlar və imkanlar yaradır. Azərbaycan da bölgədə baş verən prosesləri diqqətlə izləyir və milli maraqlarına uyğun olaraq strateji qərarlar qəbul edir”.
Günel Elxan
21:54
476
21:34
462
21:26
455