Naxçıvanda içməli su ilə bağlı vəziyyət yaxşılaşdırılacaq, 40 subartezian quyu qazılacaq Gündəm

Naxçıvanda içməli su ilə bağlı vəziyyət yaxşılaşdırılacaq, 40 subartezian quyu qazılacaq

Naxçıvanda əhalinin içməli su ilə bağlı vəziyyəti yaxşılaşdırılacaq.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidir.

Sıra №-si

Yaşayış məntəqələrinin adları

1. Babək rayonu

1.1.

Cəhri qəsəbəsi

1.2.

Çeşməbasar kəndi

1.3.

Didivar kəndi

1.4.

Güznüt kəndi

1.5.

Kültəpə kəndi

1.6.

Qaraqala kəndi

1.7.

Məzrə kəndi

1.8.

Naxışnərgiz kəndi

1.9.

Nəzərabad kəndi

1.10.

Sirab kəndi

1.11.

Yuxarı Uzunoba kəndi

2. Culfa rayonu

2.1.

Culfa şəhəri

2.2.

Bənəniyar kəndi

2.3.

Xoşkeşin kəndi

2.4.

Kırna kəndi

2.5.

Saltaq kəndi

2.6.

Teyvaz kəndi

3. Kəngərli rayonu

3.1.

Qıvraq qəsəbəsi

3.2.

Böyükdüz kəndi

3.3.

Çalxanqala kəndi

3.4.

Xok kəndi

3.5.

Təzəkənd kəndi

3.6.

Yeni Kərki kəndi

4. Ordubad rayonu

4.1.

Ağrı kəndi

4.2.

Aşağı Əylis kəndi

4.3.

Azadkənd kəndi

4.4.

Dizə kəndi

4.5.

Düylün kəndi

4.6.

Xanağa kəndi

4.7.

Yuxarı Əylis kəndi

5. Şahbuz rayonu

5.1.

Badamlı qəsəbəsi

5.2.

Ayrınc kəndi

5.3.

Külüs kəndi

5.4.

Mərəlik kəndi

5.5.

Şada kəndi

5.6.

Şahbuzkənd kəndi

6. Şərur rayonu

6.1.

Qaraburc kəndi

6.2.

Şəhriyar kəndi