14:53
721
İran nüvə proqramı ətrafındakı vəziyyətin tənzimlənməsində diplomatik üsullara üstünlük verir, lakin milli maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacərani bəyan edib.
“İran müharibəyə deyil, diplomatiyaya üstünlük verir, lakin müharibə və diplomatiya ləyaqəti və milli maraqları qorumaq üçün istifadə olunan iki strategiyadır. Rəqibin hər hansı səhv hesablamasının qarşısını almaq üçün bütün çəkindirici vasitələrdən istifadə edəcəyik”, – deyə o, həftəlik brifinqdə bildirib.
Məryəm Quliyeva