Emin Əmrullayev təqaüddə olan qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib
Moldova XİN başçısı İranın Naxçıvana xain dron hücumunu pisləyib
Naxçıvan aeroportuna hücumla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib
AÇG-də ilk sərbəst qaz hasilatına nə vaxt başlanacağı məlum olub
BP: Azərbaycan-Gürcüstan-Türkiyə regionundakı obyektlər 99% etibarlı səviyyədə çalışır
12:36
1 029
“İranın müəyyən dairələri tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mülki infrastruktura qarşı edilən dron zərbəsinin beynəlxalq hüquqda adı güc tətbiqidir”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, güc tətbiqi BMT Nizamnaməsinin 2.4-cü maddəsinin birbaşa pozulması hesab olunur. Belə ki, beynəlxalq hüquq dövlətin başqa bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiqini qadağan edir.
Deputat bildirib ki, baş verən hadisə Azərbaycanın suverenliyinə müdaxilə kimi qiymətləndirilə bilər və İran tərəfindən dərhal üzrxahlıq edilməli, məsul şəxslərin məsuliyyətə.cəlb edilməsi barədə açıqlama verilməlidir: “Azərbaycan hər zaman İranla xoş qonşuluq münasibətlərinə sadiq olub və dəfələrlə bəyan edib ki, onun ərazisi İran əleyhinə hərbi müdaxilə üçün istifadə olunmayacaq.
İran tərəfi məsələ ilə bağlı təcili açıqlama verməli və günahkarlar cəzalandırılmalıdır. Əks halda bu müdaxilə İranın dövlət kimi məsuliyyətini yarada bilər.
Günel Elxan