Aİ Hörmüz boğazına hərbi gəmilər göndərə bilər Gündəm

Aİ Hörmüz boğazına hərbi gəmilər göndərə bilər

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri öz hərbi gəmilərinin Hörmüz boğazına göndərilməsini müzakirə edirlər. Bunun üçün Qırmızı dənizdə həyata keçirilən "Aspides" Avropa hərbi-dəniz əməliyyatının mandatı dəyişdirilə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasına gələrkən bəyan edib.

"Əsas mövzu Hörmüz boğazının açıq qalmasını necə təmin etmək məsələsi olacaq", — deyə o bildirib.

Kallas həmçinin əlavə edib: "Aİ-nin regionda missiya və əməliyyatları var, bizdə 'Aspides' mövcuddur. Nazirlərlə bu missiyanın mandatının genişləndirilməsi imkanlarını müzakirə edəcəyik. Sual ondadır ki, Aİ ölkələri bu hərbi gəmilərdən istifadə etmək istəyəcəklərmi?". O, eyni zamanda bunun "asan olmayacağını" da etiraf edib.

Məryəm Quliyeva