18 Mart 10:17
2 751
İran ABŞ və İsrail ilə müharibə başa çatdıqdan sonra gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar hazırlamaq niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.
"Mənim fikrimcə, müharibə bitdikdən sonra bu akvatoriyada daimi əsasda təhlükəsiz gəmiçiliyi təmin etmək üçün — aydın qaydalar əsasında, İranın və bütün regionun maraqları nəzərə alınmaqla — Hörmüz boğazı üçün yeni tənzimləmə mexanizmləri və gəmilərin keçid qaydası işlənib hazırlanmalıdır", — deyə o, "Al Jazeera" telekanalına müsahibəsində qeyd edib.
Əraqçinın sözlərinə görə, boğazda təhlükəsizliyin qarantı kimi onun hər iki tərəfində yerləşən ölkələr — İran, Oman və BƏƏ çıxış etməlidir.
Məryəm Quliyeva
10:35
882
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358