12:40
1 330
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Hörmüz boğazının açılmasına yönəlmiş əməliyyatlarda qətiyyən iştirak etməyəcəyini bildirib.
Xalqcebhesi.az-ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və İrana qarşı birgə hərəkət etmək məqsədilə müttəfiqlərinə etdiyi hərbi koalisiya çağırışına mənfi cavab verib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından əvvəl çıxış edən Makron, bölgədə artan gərginlik və ABŞ-ın əməliyyat tələbləri ilə bağlı ölkəsinin mövqeyini dəqiqləşdirib.
Fransanın bölgədə müdafiə mövqeyində olduğunu və prioritetlərinin yalnız öz vətəndaşlarını və müttəfiqlərini qorumaq olduğunu vurğulayan Makron belə deyib:
"Biz münaqişənin tərəfi deyilik və bu səbəbdən Fransa, mövcud şəraitdə Hörmüz boğazının açılması və ya azad edilməsi əməliyyatlarında qətiyyən iştirak etməyəcək".
Makronun açıqlamalarında boğazdakı ticarət gəmilərinin təhlükəsizliyinə dair Fransanın alternativ planı da yer alıb. Bölgədə güc tətbiq edərək hərbi koridor açılmasına qarşı çıxan Makron, yalnız hava hücumlarının əsas mərhələsi başa çatdıqdan sonra və müharibə əməliyyatlarından tamamilə asılı olmayan bir "müşayiət sistemi" qurmağa hazır olduqlarını qeyd edib. Bildirilib ki, sözügedən sistem diplomatik danışıqlar və münaqişənin qarşısını alan addımlarla birlikdə həyata keçirilə bilər.
Məryəm Quliyeva
12:30
1 351
11:40
1 449
10:17
1 631