ABŞ digər ölkələri Suriyadakı cinayətkar vətəndaşlarını geri qaytarmağa çağırıb Gündəm

ABŞ digər ölkələri Suriyadakı cinayətkar vətəndaşlarını geri qaytarmağa çağırıb

ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak dünya ölkələrini Suriya ərazisində cinayət törətməkdə əli olan öz vətəndaşlarını repatriasiya etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə xüsusi nümayəndənin ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatında deyilir.

"Suriyadakı humanitar və təhlükəsizlik problemlərinin tam həlli üçün mənşə ölkələrinin hazırda Suriyada olan öz vətəndaşlarını repatriasiya etməsi, reabilitasiya etməsi və nəticədə reinteqrasiya etməsi zəruridir. Ehtiyac yarandıqda, ölkələr həmin şəxslərin törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər", — deyə bəyanatda qeyd olunur.

O, həmçinin dünya ölkələrini Suriyanın infrastrukturunun yenidən qurulması və təhlükəsizliyin gücləndirilməsi üzrə əsas proqramların maliyyələşdirilməsini artırmaq üçün BMT təşkilatlarının büdcələrinə ayırmaları çoxaltmağa çağırıb.

Məryəm Quliyeva