16:27
1 099![]()
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan 29–30 aprel tarixlərində Avstriyaya səfər edəcək. Səfər çərçivəsində o, Avstriyanın Xarici İşlər naziri Beate Maynl-Rayzinger ilə danışıqlar aparacaq, həmçinin kansler Kristian Ştoker tərəfindən qəbul ediləcəyi gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT" Haber məlumat yayıb.
Səfər proqramına ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüş, Vyana Diplomatiya Akademiyasında çıxış və Türkiyənin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər də daxildir.
Danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin bütün spektrini — siyasət və iqtisadiyyatdan tutmuş ticarət, müdafiə və mədəniyyətə qədər olan məsələləri müzakirə edəcəklər. Xüsusi diqqətin ticarətin genişləndirilməsi, investisiyaların cəlb edilməsi, energetika, rəqəmsallaşma, nəqliyyat və müdafiə sahəsində əməkdaşlığın inkişafına ayrılacağı gözlənilir.
Səfərin siyasi hissəsində mənbələrin məlumatına görə, Fidan Türkiyənin Aİ-yə tamhüquqlu üzvlük kursunu təsdiqləyəcək və Ankara ilə Avropa İttifaqı arasındakı münasibətlərin daha strateji inkişafına çağırış edəcək.
Beynəlxalq gündəlikdə isə Ukrayna üzrə danışıqların davam etdirilməsinin zəruriliyi, İran və ABŞ arasındakı gərginliyin tənzimlənməsi, habelə Hörmüz boğazında gəmiçilik azadlığının bərpası barədə bəyanatların veriləcəyi gözlənilir. Fidan ayrıca Qəzzadakı vəziyyətə də toxunacaq.
Məryəm Quliyeva