26 Oktyabr 16:32
26 Oktyabr 13:58
09:21
483
Parlament seçkilərinin keçirildiyi İsraildə səsvermə mentəqələri yerli vaxtla saat 07:00-da açılıb. Seçkilərin nəticələrinə əsasən, 26-cı çağırış Knessetinin tərkibi müəyyən ediləcək, bundan sonra hökumət koalisiyasının formalaşdırılması proseduru başlayacaq və uğurlu olacağı təqdirdə yeni kabinet və baş nazir and içəcək.
Xalqcebhesi.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 7,3 milyon İsrail vətəndaşının səsvermə hüququ var. Ölkə ərazisində ümumilikdə 12 018 səsvermə məntəqəsi açılıb. Onlar saat 22:00-a qədər fəaliyyət göstərəcəklər."Exit poll" nəticələri səsvermə məntəqələri bağlandıqdan qısa müddət sonra açıqlanacaq və səslərin sayılmasına başlanacaq.
Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, ümumilikdə 20 min polis, sərhəd polisi əməkdaşı və könüllü asayişə nəzarət edir. Öz növbəsində ordu Fələstin ərazilərinin blokadası rejiminin tətbiq olunduğunu və İordan çayının qərb sahilindəki bütün keçid məntəqələrinin bağlandığını elan edib.
Məryəm Quliyeva