Azərbaycan millisinin Əbu-Dabi “Böyük Dəbilqə”si üçün heyəti açıqlandı İdman

Azərbaycan millisinin Əbu-Dabi “Böyük Dəbilqə”si üçün heyəti açıqlandı

Azərbaycanın cüdo üzrə milli komandası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Böyük Dəbilqə turnirində 11 idmançı ilə təmsil olunacaq.

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, yarış oktyabrın 29-dan 31-dək təşkil olunacaq.

Azərbaycan yığması turnirdə 7 kişi və 4 qadın olmaqla, ümumilikdə 11 cüdoçu ilə mübarizə aparacaq.

Kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov idmançılara rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə 60 ölkədən 400-dən çox cüdoçunun iştirakı gözlənilir. Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Azərbaycan millisinin heyətində yer alan idmançılar bunlardır:

Qadınlar:
- 48 kq – Könül Əliyeva
- 52 kq – Gültac Məmmədəliyeva
- 70 kq – Südabə Ağayeva
- +78 kq – Madina Kaisinova
Kişilər:
- 60 kq – Balabəy Ağayev
- 66 kq – Ruslan Paşayev
- 73 kq – Kamran Süleymanov, Hidayət Heydərov
- 90 kq – Elcan Hacıyev
- +100 kq – Uşanqi Kokauri, Camal Qamzatxanov