16:32
553
Volodimir Zelenski iddia edir ki, Pentaqon rəhbəri Pit Heqset artıq bir aydır Ukraynaya "Patriot" və "NASAMS" HHM sistemləri üçün raketlərin göndərilməsi haqqında sənədləri imzalamır.
Xalqcebhesi.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında yazıb.
"Artıq bir aydan çoxdur ki, cənab Heqsetin "Patriot" və "NASAMS" raketləri ilə bağlı imzasını gözləyirik. Bunu amerikalı tərəfi ilə bir daha müzakirə etməyi tapşırdım", - Ukrayna Prezidenti qeyd edib.
Məryəm Quliyeva