“Məqsəd dövriyyəsi böyük olmayan vətəndaşlarımıza güzəştdən istifadə etməsi imkanın yaradılmasıdır” İqtisadiyyat

“Məqsəd dövriyyəsi böyük olmayan vətəndaşlarımıza güzəştdən istifadə etməsi imkanın yaradılmasıdır”

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında müzakirə edilən məsələlərdən biri də məşğulluq yaradan mikro sahibkarlıq subyektlərinə (il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və həmin işçilərə görə məcburi dövlət sosial sığorta haqlarını ödəyən) 75 faiz güzəştin hədəfli tətbiqi, habelə əmtəəsiz əməliyyatlar aparan şəxslərə bu güzəştin tətbiq edilməməsi ilə bağlı idi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib: “Təklif edildi ki, bu məsələdə mərhələli yanaşma olsun və indiki mərhələdə 30 min manat gəlir edən mikro sahibkarlara da 75 faizlik güzəşt tətbiq olunsun. Məqsəd dövriyyəsi böyük olmayan və məsləhət, təlim və digər xidmət göstərən vətəndaşlarımıza həmin limit çərçivəsində bu güzəştdən istifadə etməsi imkanın yaradılmasıdır”.