KİV: ABŞ bu həftənin əvvəlində BCM-yə sanksiyalar tətbiq edə bilər Dünya

KİV: ABŞ bu həftənin əvvəlində BCM-yə sanksiyalar tətbiq edə bilər

ABŞ bu həftə bütün Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

APA xəbər verir ki, bu haqda “Reuters“ mənbələrə istinadən məlumat yayıb.

Mənbələr agentliyə bildirib ki, yaxın vaxtlarda belə sanksiyalarla bağlı qərar gözlənilir.

Adı açıqlanmayan ABŞ rəsmilərindən biri bütün quruma qarşı sanksiyaların nəzərdən keçirildiyini təsdiqləyib, lakin mümkün tədbirlərin həyata keçirilməsi üçün vaxt çərçivəsini açıqlamayıb.

Başqa bir mənbə agentliyə bildirib ki, məhkəmə nümayəndələri artıq mümkün hərtərəfli sanksiyaların nəticələrini müzakirə etmək üçün fövqəladə daxili iclaslar keçiriblər.

Digər iki mənbə isə BCC-yə üzv ölkələrin diplomatları ilə də görüşlərin keçirildiyini bildirib.