Ukrayna parlamenti xaricə qoşun göndərilməsinə icazə verən qanun layihəsini təsdiqləməyə hazırlaşır Dünya

Ukrayna parlamenti xaricə qoşun göndərilməsinə icazə verən qanun layihəsini təsdiqləməyə hazırlaşır

Prezident Volodimir Zelenski Ukrayna silahlı qüvvələrinin bölmələrinin xaricə göndərilməsinə icazə verəcək qanun layihəsini parlamentə təqdim edib.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumatda bildirilib ki, qanunun qəbul olunması ilə Ukrayna ordusunun bölmələrini rəsmi olaraq xaricə göndərməyə icazə vermək Türkiyə və Böyük Britaniya kimi müttəfiqlər və tərəfdaşlarla daha sıx əməkdaşlığa doğru bir addımdır.

Bu, təlimlərə, birgə əməliyyatlara, təcrübə mübadiləsinə və ya milli təhlükəsizlik və müdafiə ilə bağlı digər vəzifələrin yerinə yetirilməsinə aid ola bilər.