Dünya bazarlarında neftin qiyməti azalmadan sonra artıma doğru yönəlib İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti azalmadan sonra artıma doğru yönəlib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,64% artaraq 1 barelə görə 70,33 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,71% artaraq 1 barelə görə 67,02 ABŞ dollarına bərabər olub.