Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Mayın 2-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:25-də “CoinMarketCap” platformasında 1.99% bahalaşaraq 96 832 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.62% artaraq 1837 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.41% bahalaşıb, BNB isə 0.25% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.