DGK xətti ilə büdcə daxilolmaları 4%-dən çox artıb İqtisadiyyat

DGK xətti ilə büdcə daxilolmaları 4%-dən çox artıb

2025-ci ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 064,9 milyon manat milyon manat təşkil edib.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gömrük daxilolmaları proqnozdan 37,9 milyon manat və ya 1,9% çox icra edilib.

Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon 926 min manat və yaxud 4,3% çoxdur.

Xatırladaq ki, bu il DGK xətti ilə büdcəyə 6,6 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.